Angry birds oyununa rəqib

Ən məşhur oyunlardan biri olan Angry Birds bir vaxtlar oynanma rekordları qırırdı. Lakin bütün bu illər ərzində həmişə eyni konsept ilə qarşımıza gələn Angry Birds oyununun yaradıcıları “Angry Birds Go” oyunundan sonra yeni bir oyunla qarşımıza gəlir.

“Tiny Thief”  adlandırılan bu oyun Angry Birds-ün yerini tutmaqda iddialıdır . Angry Birds-də olduğu kimi sadə qrafiklərdən istifadə edən  “Tiny Thief”  komandası oynayanları Orta əsrlərə aparır. Özünəməxsus hekayə, personaj və qrafik xüsusiyyətlərə sahib olan Tiny Thief oyun dünyasında yaradıcılığın sərhədlərini aşdı.

Yaradıcılıq, macəra və yumorun olması oyuna xüsusi bir fərqlilik gətirir.

Iyul ayının 11-də iPhone və iPad üçün təqdim olunacaq oyunun qısa müddət sonra Android versiyası da planlaşdırılır.