Angry Birds GO

Mobil oyun sahəsindəki təcrübələrini işində də əks etdirən Rovio Angry Birds GO adlı yeni bir oyun təqdim edir.

Ağıllı telefonların ən məhşur oyununa çevrilən Angry Birds bitdiyi duşünülərkən yeni bir suprizlə sevənlərini sevindirdi. Angry Bird-in yaradıcısı Rovio artıq əfsanəyə çevrilən və bir vaxtlar əldən düşməyən Angry Birds oyununu yenidən canlandırmaq üçün fəaliyyətə başladı.

iOS və dərhal sonra da Android marketlərində bütün dövrlərin ən yaxşı oyunu olmağa haqq qazanan oyun, GO adlı yeni versiyasının App Store və Google Play Store-da yerləşdirilməsi gözlənilir. Yeni oyunun dizaynı, qurğusu və yaxud bölümləri haqqında hələ ki, hər hansı bir məlumat əldə etmək mümkün olmasa da, digər versiyalardan olduqca fərqli olacağı gözlənilir.  Rovionun bu oyun haqqında bütün rəsmi məlumatları tezliklə mətbuata açıqlayacağı gözlənilir.
Mobil platformayla birlikdə eyni zamanda internetdə də oynanıla bilməsi kompüter istifadəçilərini də sevindirəcək bir xəbərdir.