Android və iOS-da BBM

Bir vaxtlar ismarış lideri olan BBM Android və iOS-da tətbiq olunacaq.

BlackBerry-nin ən böyük üstünlüklərindən olan BBM-in Android və iOS versiyası son dövrlərin getdikcə məşhurlaşan və ağıllı telefon istifadəçilərinin sevimlisinə çevrilən WhatsApp-a ən ciddi rəqib ola biləcək  proqram hesab olunur. İstidəçilərin bu proqramı necə qarşılayacağı isə hələki məlum deyil.

Bir neçə il əvvəl öz sahəsində lider olan BlackBerry-nin BBM-i şirkət tərəfindən istifadəçilərin BBM kodlarının yayılması ciddi tənqidlərə məruz qalmışdı. Lakin qeyd etmək lazımdır ki, BBM sahib olduğu uğurlu ekosistemlə istifadə etdiyiniz sosial şəbəkələrə bağlanaraq, dostlarınıza harada olduğunuzu bildirməyinizi, dinlədiyiniz musiqini paylaşmağınızı təmin edir.

Bir vaxtlar lider olan BBM-ə artıq ciddi rəqiblər gəlməyə başladı və ağıllı telefon sahəsində Android və iOS istifadəçilərinin sayı olduqca artdı və bununla yanaşı, WhatsApp-ın əksər platformalar tərəfindən dəsdəklənməsi də BBM-in liderliyini əldən verməsinə gətirib çıxardı.

Bütün bunları nəzər alan BlackBerry tarixi bir qərar aldı və BBM-I iOS və Android platformalarına gətirməyi qərara qaldı. Beləliklə, artıq sadəcə BlackBerry istifadəçiləri deyil, Android və iOS və BlackBerry əməliyyat sistemindən istifadə edən btünü cihazlarda BBM aktiv olacaq.

Yayın sonlarında yayımlanması gözlənilən tətbiqetmə ilk öncə sadəcə iOS 6 və Android 4.0 ilə işləyəcək. BBM iOS və Android platformalarında ilk öncə sadəcə yazılı mesaj xidmətini və bəzi digər xüsusiyyətləri təqdim etməyi düşünsə də, sonradan səslı ismarış kimi bir çox başqa xüsusiyyətlər də əlavə etməyi düşünür.