Android Oyun Konsolu “OUYA”

Dünyanın ən kiçik və Android əməliyyat sisteminə əsaslanan oyun konsolu OUYA gec də olsa nəhayət ki, qarşımıza çıxmağa hazırdır.

Kickstarter-in layihəsi OUYA-nın qiyməti və çıxış tarixi müəyyənləşdirilib.

Layihə mərhələsində olduğu vaxtdan bəri texnologiya həvəskarlarının diqqətinə səbəb olan OUYA ağıllı telefonlardakı oyunları və telefonundan oyun oynamağı sevənlər üçün dizayn edilib. Android əməliyyat sistemi ilə işləyən mini oyun konsolu mobil oyun oynamağı sevənlərin sevimlisinə çevriləcəyini düşünür.

 

OUYA Google Play Store-dakı oyunları heç bir problem olmadan televizor ekranında oynamağınızı təmin edir. Mini konsolun sayəsində telefonunuzda oynadığınız oyunu televizor ekranında oynaya bilərsiniz.

Oyundan əlavə musiqi dinləmək, kitab oxumaq və filmi izləməyin daxil olduğu mültimedia xüsusiyyətləri təqdim edən OUYA Amazonda satışa çıxdığı gün hamısı satıldı.

4 iyulda bazara çıxarılması gözlənilən konsolun etiket qiyməti 100 dollar olaraq müəyyənləşdirilib.

Paketin içində bir ədəd OUYA və bir ədəd idarəetmə pultu var. Əlavə pult üçün 50 dollar da ödəmək lazımdır.