Android marketdə virus həyəcanı

Tədqiqatçılar Android əməliyyat sistemiylə işləyən ağıllı telefonların marketi Google Play-in 32 fərqli tətbiqetməsində BadNews adlı təhlükəli bir virus tapıblar. Bu virusa sahib tətbiqetmələri yükləyən istifadəçilərin Google Play hesablarından nəğd pul oğurlandığı ortaya çıxdı.
Mətbuat xəbərlərinə əsasən bu virusdan zərər görən cihaz sayının tam olaraq hesablanmadığı bildirilib lakin təhlükə altında olan istifadəçi sayının 2 ilə 9 milyon arasında dəyişəbiləcəyi deyildi.
Rusiya, Ukrayna, Belarus və digər Şərqi Avropa ölkələrindəki istifadəçiləri hədəf alan virusun ümumiyyətlə kulinariyaya aid proqramlarda, ekran qoruyucu tətbiq etmələrində və bəzi oyunlarda olduğu bildirildi.
Hal-hazırda isə Lookout-un bu virusa necə bir həll tapacağı maraqla gözlənilir.
Virus necə işləyir?
Virus ilk öncə istifadəçiyə qısa mesaj göndərir və üzvlüyünü Premium səviyyəyə çıxarmaq üçün təsdiq istəyir və istifadəçinin bunu qəbul etməsi ilə hesabındaki pul virus tərəfindən ələ keçirilir.