Android İstifadəçilərinə Sevindirici Xəbər

Məşhur iOS tətbiqetməsi Vine yaxınında Androiddə olacaq.

Vine-ın yaradıcılarından yeni bir xəbər gəldi. Xəbərə görə, məşhur iOS video paylaşım tətbiqi çox yaxın zamanda Androidə gələcək.
Vergenin dediklərinə görə, Twitterin yanvar ayında start verdiyi bu tətbiqetmə “qısa zamanda” Androidə altı saniyəlik GIF oxşarı videolar yaratmaq və paylaşmaq xüsusiyyəti verəcəkdir. Məlumatlara görə, Vine ayrıca Apple App Store-daki tətbiqə bir yenilik gətirdi. Əlavə olunan bu yeni xüsusiyyət sayəsində dostlarınızı videolarda işarə edə biləcəksiniz.

Bu barədə məlumat şirkətin videolarının web saytlara yayılması xüsusiyyətini təqdim etikdən bir neçə həftə sonra meydana çıxdı.

Platforma ötən aylarda məşhurluq qazanmışdı. Musiqiçilər və brendlərin məhsul təqdimatı etmək , xəbər mərkəzlərinin xəbər yayması üçün ondan faydalanması, bir çox halda Vine iş müraciətləri hətta Ağ Ev tərəfindən belə istifadə olundu. Təbii ki, Vine videolarını necə yemək hazırladığınızı və boş vaxtlarınızı necə keçirdiyinizi dostlarınızla paylaşmaq üçün istifadə etmək mümkündür.