Android 7.0 ilə iOS-a keçmək asanlaşdı

iOS və Android mobil platforma əməliyyat sistemləri olaraq illərdir bazara hakimdirlər. Belə olduqda bu iki böyük şirkətin bir-birindən istifadəçi oğurlamağa çalışması da sürpriz deyil. Nümunə olaraq, Apple ötən dövrlərdə Androidin iOS-a keçənləri rahatlaşdıracaq bir tətbiq yayımlamışdı. Əlbəttə Google cəbhəsindən cavab gecikmədi. Android 7.0 Nougat ilə birlikdə, quraşdırma zamanı iOS-dan gələn istifadəçilər üçün işləri bir az asanlaşdırır.

Bu üsul hələlik ilkin baxış vəziyyətdədir. Gələcəkdə Google şirkətinin digər əməliyyat sistemlərindən gələn istifadəçilərin işini asanlaşdıracaq daha çox tətbiq istifadəyə verməsi gözlənilir. Yalnız quraşdırma mərhələsi olaraq deyil, eyni zamanda iOS cihazlarda olduğu kimi tətbiqləri köçürmə imkanı da gələ bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *