Amerikalı xaker yüzlərlə smartfonu 911 xidmətinə zəng etmək üçün proqramlaşdırıb

Amerikalı xaker yüzlərlə smartfonun 911 xidmətinə zəng etməsi üçün proqramlaşdırıb. O, iOS əməliyyat sistemli telefonlar üçün xüsusi kod düzəldib və bu kod vasitəsilə telefonları idarə etmək mümkün olur.

Bundan sui-istifadə edən digər xakerlər isə xilasetmə xidmətinin işində çətinliklər yaradıb. Mit Desay adlı kodu icad etmiş xaker bu kod vasitəsilə həmçinin iPhone smartfonlarının istənilən tətbiqini aça və ondan istifadə edə bilər. O bu kodu Twitter və YouTube-da yerləşdirərək sistemdə boşluq tapdığı üçün mükafat verilməsini gözləyib.

İnsanlar öz telefonlarında problem yarandıqlarını görüb onları sondürüblər. Xilasetmə xidməti isə onlara cavab olaraq zəng edirdi. Sonradan polislər bütün serverləri söndürərək xakerlərin işinə son qoyublar.