Amerikalı Alimlərdən Yeni Neft Süngəri

Yeni ara boşluqları ilə dolu olan material suyun üzərindəki neft və yağları öz içinə yığa bilir. Bu material öz çəkisindən qat qat çox olan miqdarda neft və yağı özündə saxlaya bilir. Həmçinin saxlama müddəti uzundur və materialı bir neçə dəfə təkrar istifadə etmək olur.

Rays və Pensilvaniya universitetinin elmi işçiləri karbon nanoborularından ibarət süngər yetişdirməyə nail olub. Bu süngərin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, yetişdirmə zamanı bor hissəcikləri ilə zənginləşdirilmişdir. Bor hissəciklərinin təsiri ilə nanoborular səliqəli struktur ilə yox, qarışıq və çox şaxəsi tor şəklində atomları bir birinə birləşdirmişdir. Bunun sayəsində süngərin həcminin 99%-i boşluqlardan ibarətdir.

Süngərin materialı “sudan qorxur”, yəni hidrofobikdir. Materialı suya saldıqca o müqavimət göstərərək suyun üzərinə çıxır, batmır. Eyni zamanda maraqlısı odur ki, bu material yağları özünə çəkmək xüsusiyyətinə malikdir. 1 qr öz çəkisi qarşılığında 100 qram yağ yığır.

Yığılmış yağı süngərdən çıxarmaq çox asandır. Material elastik olduğuna görə yağları çıxarmaq üçün süngəri sıxmaq olar. Həmçinin süngəri yandıraraq yığılmış yağ və ya nefti yandıraraq çıxarmaq olar. Neft və ya yağ yanıb bitdikdən sonra süngəri yenidən istifadə etmək olur.

Süngərin yaradıcıları süngərin suyun təmizlənməsində, elektrotexnikalarda, maşınqayırmada və tibb sənayesində istifadə edilə biləcəyini deyirlər.