AMD köhnə işçilərinin NVIDIA şirkətinə 100 min gizli məlumat ötürdüklərini iddia edir

AMD dörd köhnə işçisini məhkəməyə verməyə hazırlaşır. İddiaya görə bu işçilər şirkətin 10 minlərlə gizli sənəd oğurlayıblar, sonra isə NVIDIA şirkətinə işə düzəliblər. Massasusets ştatının mərkəzi məhkəməsinə təqdim edilmiş iddialardan məlum olub ki, ittiham irəli sürülən şəxslər arasında AMD şirkətinin strateji planlama üzrə vitse-prezidenti Robert Feldşteyn də var. Robert Xbox 360 və Nintendo Wii oyun konsollarının qrafik çiplərinin hazırlanmasında çox mühüm vəzifədə olub.

Onu 100 mindən çox texnologiyanın hazırlanmasına dair şirkətin ticari sirrlərini oğurlamaqda və üçüncü tərəfə ötürməkdə şübhəli bilirlər. AMD bəyan edir ki, Feldşteynin gedişindən əvvəl yaddaş kartları vasitəsilə məlumatlar ötürülüb, həmçinin ona və digər vəzifəli işçi olan Riçard Haqenə NVIDIA tərəfindən daim əməkdaşlıq təklifləri gəlirdi. Halbuki, şirkətlərin arasında bir birilərinin işçilərini cəlb etməyəcəkləri barədə saziş imzalanıb.

Təbii ki, bu yalnız AMD-nin iddialarıdır. Gözləyək, görək ittham olunan tərəflərin cavabı nə olacaq. Amma AMD nəyin bahasına olursa olsun öz ticari sirrlərini qorumağa iddialıdır.
Görünür bizi “Apple və Samsungdan” başqa daha bir böyük məhkəmə prosesi gözləyir.