Amazon Yaponiyada Appstore açır

Avropa bazarında store açılışından bir aydan bir qədər çox keçib və Amazon artıq gündoğan ölkədə özünün elektron mağazasını açmaq istəyini bəyan edib. Yaponiyanın mobil bazarında Amazonun genişlənmə planları ilə bağlı konkret detallı məlumat yoxdur. Sadəcə bunun ilin sonuna qədər baş verəcəyi məlumdur. Şirkət rəhbərliyi düşünür ki, Asiya bazarına giriş Android sistemində işləyən bütün developerlər üçün fürsətdir.

“Bizim developerlərin çoxu öz tətbiqetmə və oyunlarını yapon istifadəçiləri üçün uyğunlaşdırmaqda çox maraqlıdırlar. Biz həmçinin Amazon platformasında öz yapon məzmununu təqdim edəcək yeni developerləri səbirsizliklə gözləyirik” Amazon Appstore-un  vitse prezidenti Cim Atkins qeyd edib. Hal-hazırda şirkət Yaponiyada yaymaq məqsədilə tətbiqetmələrin yığımına başlayıb.