Amazon smartfon bazarına girmək istəyir

Bir müddət əvvəl Amazonun öz markası adı altında bazara smartfon təqdim etməyə hazırlaşdığı barədə məlumatlar gəzirdi.  Bu mövzuda yeni məlumatlar yayılıb. Belə ki, IT industriya nəhənglərinin partnoru olan güclü Tayvan istehsalçısı Foxconn Amazondan smartfonların hazırlanması üçün sifariş götürüb.

Xəbəri Taiwan Economic News mənbəyi ictimaiyyətə çatdırıb. Bu, Foxconn şirkətinin məlumatların yayan rəsmi qurum deyil, ona görə hələ ki, xəbərdən şübhələnməyə səbəb var. Bununla belə Amazon internet-maqazini öz portfoliyosunda çox məşhur reader və planşetə sahibdir. Bu isə şirkətin smartfon bazarına çıxması ehtimalı yönündə ciddi arqumentdir.

Amazonun bu yeniliyinin 2013-cü ilin ikinci və ya üçüncü rübü bazara çıxacağı gözlənilir. Kindle Fire kimi şirkət smartfonları ucuz qiymətdən təklif edəcək, böyük ehtimal 100-200 dollar qiymətində olacaq. Ayıdndır ki, Amazon bazara böyük sıçrayışla girməlidir, bunu isə cəlbedici qiymətlə, gözəl düşünülmüş marketinq strategiyası və böyük loyal müştəri kütləsi hesabına etmək olar. Amazon bunların hamısına sahibdir, Foxconn şirkətinin ilk olaraq 5 milyon Amazon smartfonu istehsal etməyi xəbəri o qədər də qəribə deyil.