Amazon özünü qoruyur

Amazon şirkəti elektron kitab anlayışını genişləndirən qeyri-adi patent alıb.

 

ICTnews  bildirir ki, internet-riteyler elektron kitablar üçün əlavə kontentə patent alıb.

Şirkət istənilən halda kitab mövzusu ilə bağlı kontentin avtomatlaşdırılmış şəkildə əldə edilməsi imkanını nəzərdə tutan elektron kitab sistemini patentləşdirib. Bu patentlə bağlı sorğu şirkət tərəfindən 2010-cu il noyabrın 24-də təqdim edilib. E-book Extras sisteminin məqsədi kitab alıcısına mümkün qədər çox məlumat təqdim etməklə istehlakçının oxuma prosesinə marağını artırmaqdır.

Amazon patentdə Kindle riderinə bağlı sistem təsvir edib, hansı ki, E-book Extrasla oxuculara müəlliflərlə əlavə müsahibələr, kitab daxil edilməyən materiallar, yeni şəkillər və ya audio-video yazılar kimi media materialları təqdim edə bilər.

Yeni sistem, materialları yaymaq üçün yeni kanallar əldə edəcək kontent-provayderlər üçün və həmçinin kitab aldıqda onun haqda əlavə kontent əldə etmək istəyən istehlakçılar üçün rahat və maraqlıdır.