Amazon 2012-ci ildə rekord satışa imza atıb

ABŞ-da yeni il və bayramlar bitdi, deməli satıcılar artıq keçən ilin nəticələrin hesablamağa başlaya bilərlər. Amerikanın və dünyanın nəhəng maqazini olan Amazon maraqlı statistika təqdim edib. Verilən statistikaya əsaslansaq, “Kiber bazar ertəsi” (Cyber Monday, ABŞ internet-mağazalarında endirim günü) Amazon 27 milyon əşya satıb. Başqa sözlə desək hər saniyəyə 306 ədəd, bu rekord deməkdir.

Maraqlı faktlardan onu qeyd edək ki, Kindle Fire HD, Kindle Fire, Kindle və Kindle Paperwhite planşetləri Amazonun  satış reytinqində ilk dörd yeri tutublar. Satışların lap pik nöqtəsi məhz öncə qeyd etdiyimiz “Cyber Monday” gününə düşüb.  Katoliklərin bayramı günü də amerika şirkəti üçün uğurlu olub. Bu zaman rəqəmsəl kontent satış rəqəmlərində rekord qeydə alınmışdır. Amma nəzərə almaq lazımdır ki, kinoların, mahnıların, jurnalların, kitabların, məşhur tətbiqetmə və oyunların kolleksiyası da il ərzində 19 milyondan 23 milyona qədər artmışdır, bu səbəbdən artıq o qədər də gözlənilməz qarşılanmamalı. Həmçinin, Amazon Appstore mağazasında Android tətbiqetmə həcmi 3 dəfə artıb.

Daha çox tələb olunan məhsulları qeyd etmək istərdik.  “Elektronika” kateqoriyasında Kindle Fire HD 7, Kindle Fire və Kindle Fire HD 8,9 planşetləri daha yaxşı satılıb. Televizorlar arasında 60-düymlu VIZIO Razor LED Smart HDTV, 55-düymlu Panasonic VIERA 3D Plasma TV və 32-düymlu Samsung LED HDTV bestseller olublar. Ən məşhur fotokameralar isə Canon PowerShot A2300 və Canon PowerShot S100 olmuşdur. Ən yaxşı video oyunlar Just Dance 4, Call of Duty: Black Ops II və Assassin’s Creed III seçilmişdir.