Amazon anbarı- içəridən baxış

Amazon haqqında nə qədər məlumatlısınız? Ən böyük onlayn satış saytı olan Amazon dünyanın strateji vacib nöqtələrində 80 nəhəng anbara sahibdir. İnkişaf etmiş loqistika sistemi sifarişləri anında həyata keçirməyə imkan verir.

Amazon anbarları çox böyükdürlər, hətta bir binanın sahəsi 100 000 kvadrat metr ola bilər, daşıma lentinin uzunluğu isə kilometrlərlə uzanır. Maraqlıdır, amma Amazon robotlardan istifadə etmir. Şirkətin uğuru ştrix kodlarda gizlənir.

“Bu bir növ Amazon möcüzəsidir. Siz bilirsiniz ki, lazım olan məhsul lazımi anında lazımi yerindədir.” – Amazon şirkətinin Phoenix anbarının idarəedicisi Coş Titer belə deyir.

Anbarda olan hər bir məhsulun unikal ştrix kodu var.  Amazon tərəfindən istifadə edilən “xaotik saxlama” (“chaotic storage”) sistemi məhsulun harada boş yer varsa orada anbarlanmasına imkan yaradır. Ən maraqlısı isə odur ki, bu metodika digər sistemlərdən effektivdir. Anbar işçiləri məhsul üçün yer tapmağa zaman sərf etmirlər. Məhsulun yerini kompüter təyin edir.

Amazon yaxınlaşan bayramları qarşılamağa hazırlaşır. Şirkət artıq 50.000 mövsümi işçi tutub.