Video DNT yaddaş qeydiyyat

Alimlər hüceyrənin DNT-sinə video qeyd ediblər

Tarix boyu bir çox yaddaş cihazları kəşf olunub. Bunların hamısının bir vacib ortaq nöqtəsi var – hamısı zamanla köhnəlir. Buna görə alimlər uzun illərdir müxtəlif yeni vasitələrin axtarışındadır. Əsas məqsəd isə daha dözümlü və daha gec köhnələn yaddaş vasitələrini kəşf etməkdir.

Nature jurnalının nəşrlərindən birində yayımlanan məqaləyə əsasən alimlər canlı hüceyrənin DNT-sinə qısa video qeyd etməyə nail olublar. Bu isə gələcəkdə insanların sağlamlıq məlumatlarının hüceyrələrə asanlıqla qeyd olunmasına və yeni monitorinq imkanlarına yol açır.

İdeya çox sadə səslənir – normal cihazlarda 0 və 1 ilə qeyd olunan məlumatlar hüceyrələrin DNT-sinə A, G, C və T vasitəsilə yazılır.

DNT-yə ilk qeyd olunan video isə 1878-ci ildə Edvard Maybric tərəfindən dördnala qaçan atın dörd ayağının eyni anda havada olub-olmadığını aşkarlamaq məqsədilə ilk dəfə qeyd etdiyi dördnala qaçan at videosudur.