Alimlər batareyaların tutumunu 3 dəfə artırıblar

Seul Milli Universitetinin mütəxəssisləri ion-litium batareyalarının tutumunu ən azı üç dəfə artırmağa imkan verən texnologiya hazırlayıblar, İTAR-TASS yazır

Batareyaların tutumu onların qalay katod elementlərinin dəmir və manqandan ibarət oksidlərdən yaradılmış xüsusi nanostrukturlarla əvəzlənməsi sayəsində artırılıb.

Yeni batareyalar həmçinin bir neçə dəfə yenidən yüksək enerji toplama qabiliyyətinə də malikdir. Alimlər bildirirlər ki, yeni tipli batareyalardan uzun müddət istifadə etdikdən sonra tutumda itkilərin həcmi 0,5 faizi ötmür.

İon-litium batareyalar müasir elektronika üçün ən səmərəli enerji toplama mənbələrindən biri hesab olunur. Bu batareyalar smartfonlar və hava gəmiləri daxil olmaqla geniş spektr qurğularda tətbiq edilir.

Mənbə: http://www.mincom.gov.az