Ailə TV-dən Bayram Kampaniyası

Bayram günləri bütün “Ailə TV” paketləri pulsuz yayımlanacaq

“Ailə TV” kabel televiziyası operatoru, xalqımızı qarşıdan gələn Yeni, 2013-cü il münasibəti ilə təbrik edir və onları ailəyə daha yaxın olmağa dəvət edir. Belə ki, abunəçilər Bayram günləri bütün “Ailə TV” paketlərini pulsuz izləyəcəklər.

Dekabrın 31-dən Yanvarın 2-sinə dək davam edəcək aksiyadan bütün “Ailə TV” abunəçiləri yararlana biləcəklər və beləliklə bayram günləri öz ailələri ilə birlikdə istədikləri telekanlları izləyəcəklər.

Qeyd edək ki, “Ailə TV” kabel televiziyası operatoru “Ailə TV” şəbəkəsinə daxil olan şirkətlərdən biridir. “Ailə TV” kabel televiziyası ən son texnologiyalara əsaslanan şəbəkə vasitəsi ilə kabel televiziyası yayımını həyata keçirir. Azərbaycanda ilk dəfə olaraq, məhz “Ailə TV” HD televiziya yayımını təşkil edib. Hazırda Bakı şəhərinin Yasamal, Nəsimi, Nizami, Xətai, Nərimanov və Suraxanı rayonlarında, Hövsan qəsəbəsində, mikrorayon adlanan ərazidə (1-9-cu mikrorayonlar) və Gəncə şəhərində sakinlərə yüksək keyfiyyətli kabel televiziyası yayımı xidmətlərini göstərilir.

Ən keyfiyyətli avadanlıqlardan istifadə olunması və xidmət personalının əksər hissəsinin inkişaf etmiş ölkələrdə təhsil almış peşəkarlardan ibarət olması “Ailə TV” Kabel televiziyasını fərqləndirən ən başlıca cəhətdir.

Qeyd olunanlar “Ailə TV”-nin Azərbaycan bazarında ən böyük və dinamik inkişaf edən telekomunikasiya şirkətlərdən birinə çevrilməsinə imkan verir. Şirkət daima müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılması üzərində işləyir. Müştərilərə ən yüksək səviyyəli xidmət göstərmək “Ailə TV”-nin ən başlıca məqsədidir.