Ağıllı saata alternativ LinkMe bilərziyi

Bu gün sizlərə yeni bir texnologiya aksessuarını təqdim edəcəyik.  LinkMe adlı texnologiya məhsulu smartfonunuzla bluetooth vasitəsilə əlaqə quran LED ekranlı bilərzikdir. Siz artıq bu bilərzikdə olan LED ekran  vasitəsilə smslərinizi oxuya, sosial media yeniliklərini  asanlıqla izləyə bilərsiniz. Bu bilərzik sayəsində istədiyiniz vaxt telefonunuzu yoxlaya bilərsiniz. Bununla yanaşı şəxsi qeydlərinizi, xəbərdarlıq mesajlarınızı  və digər məlumatlarınızdan da LinkMe vasitəsilə xəbərdar ola bilərsiniz.

LinkMe bilərziyini ağıllı saatlardan daha maraqlı edən isə, yəqin ki, onun dizaynıdır. Xromdan hazırlanan və bəzi ağıllı saatlardan fərqli olaraq yapışqan görünməyən LinkMe bilərzikləri  texnologiya və moda həvəskarları üçün çox cəlbedici ola bilər. LinkMe bilərziyi həm də mesajları və sosial media bildirişlərini göstərmədiyi vaxtlarda saatı göstərir. Bunlarla yanaşı, siz bu bilərzik vasitəsi ilə musiqi də dinləyə bilərsiniz.

Satış qiyməti 999 dollar olaraq müəyyən edilən LinkMe, yəqin ki, tezliklə bazara çıxarılacaq.