Age of Empires 2 HD Edition

Dövrünün ən yaxşısı və müasir dövrün əfsanəsi olan Age of Empires 2 HD Edition silsiləsinin ən bəyənilən məhsulu Age of Empires 2 yenidən oyun sevərlərlə görüşə gəlir. Əvvəllər Counter-Strike: Global Offensive kimi oyunun təşkilində yer alan Hidden Path Entertainment və Microsoft Studiosun əməkdaşlığı ilə təşkil olunan Age of Empires 2 yenidən oyun dünyasında olacaq.

Təxminən 14 il əvvəl həyatımıza gələn Age of Empires 2 yenidən sevərləri ilə görüşür. Lakin bu dəfə daha yüksək keyfiyyətlidir. 9 aprel 2013-cü ildə bazara çıxacaq Age of Empires 2 HD Edition əlavə olaraq Age of Empires: Conquerors paketi də təqdim olunacaq.

Oyunun qrafikləri də yenidən təşkil olunub 1920×1080 ölçüsünə uyğunlaşdırılıb. Bununla kifayətlənməyən təsisçilər oyunun bütün qrafik quruluşunu dəyişdirərək daha həqiqi bir coğrafi sahə yaratmaq, bundan başqa partlama, dağılma kimi döyüş effektlərinin də yenilən’cəyini bildirdilər. Qısacası, bizi tam yeni, lakin əslinə sadiq bir Age of Empires gözləyir.