AdHawk internet reklamını asanlaşdırır

Bir ildən çoxdur ki, beta test mərhələsində olan AdHawk nəhayət öz qapılarını reklamçılara açıq elan etdi. Şirkətin qurucuları öncədən Google Ads işçiləri olduqları üçün, internet reklamının problemini yaxşı başa düşürlər. Onların əsas məqsədi Google və Facebook reklamlarını daha asan və daha rahat hala gətirməkdir.

AdHawk reklam imkanları

Cəmi 20 nəfərlik komandadan ibarət olan şirkət internet reklamı sahəsində yenilik gətirəcəyində çox iddialıdır. AdHawk bütün istiqamətlərdə yox, əsasən ən çox problemlə üzləşən sənayelərdə bazar payına sahib olmaq iddiasındadır.

AdHawk bütün reklam kampaniyalarını bir paneldə cəmləşdirməklə internet reklamının idarə edilməsini asanlaşdırır. Artıq rəsmi olaraq fəaliyyətinə start verən AdHawk artıq 7000 şirkətdən müraciət qəbul edib.