ADA Universiteti birinci yerə layiq görüldü!

Öncəki yazımızda sizlərə Azərbaycanda fəaliyyət göstərən bankların sosial şəbəkələrdəki aktivliyini haqda kiçik araşdırma təqdim etmişdik. Bu dəfə isə Azərbaycanda minlərlə tələbəyə təhsil verən universitetlər maraq obyektimizdə idi. Günümüzdə universitetlər universitet daxilində baş verən yenilikləri və xəbərləri ictimailəşdirmək üçün öz saytları ilə yanaşı Facebook səhifələrindən də aktiv şəkildə istifadə edirlər.

Hesablama Metodu

Araşdırma zamanı təhsil müəssisələrinin Facebook sosial şəbəkəsində olan izləyiciləri, tələblərin həmin universitetə verdiyi qiymət (rəy), universitet haqqında verilən məlumatların dolğunluğu, tələbələrin verdikləri sualların cavablandırma göstəricisi və sonda səhifə üzərində paylaşımların aktivliyi nəzərə alınıb. Bütün bu göstəricilərin cəmində isə yekun nəticə ortaya çıxıb. Əfsuslar olsun ki, bir neçə universitetlərdə bu göstəricilərin bəziləri səhifədə qeyd edilməyib buna görə də onları sıfır olaraq qiymətləndirməli olduq. Belə bir misal gösətək: “ADA” universitetinin 37.386 nəfər izləyicisi var. Birinci göstərici kimi ölkəmizdə hər min nəfərə düşən (əhalimizin 10 milyon olduğunu nəzərdə tutaraq) izləyici sayını hesablayırıq. Belə olan halda 37.386/10.000=3.7386~3.7 izləyici qiyməti, tələblərin verdiyi ortalama qiymət 4.8 (rəy və ulduzlar əsasında), səhifədə universitet haqqında məlumat tam olduğundan üç balla qiymətləndirilib, tələbələrin suallarının cavablandırması intervalı olmadığından sıfır bal, səhifədə paylaşımlar da intensiv olaraq hər gün edildiyindən ən yaxşı göstərici olan üç balla qiymətləndirilmişdir.

Universitetlərin Reytinq Cədvəli

Yuxarıda göstərilən metodla aparılan hesablamalar əsasında bütün universitetlərin Facebook səhifələrinin reytinq cədvəli aşağıda göstərilmişdir.

Buradan da göründüyü kimi ADA Universiteti gənc olmasına baxmayaraq sosial mediada aktivliyi ilə rəqib universitetləri geridə qoyur. İstər izləyici sayı, istər mesajlara cavab vermə, istərsə də yenilikləri ictimaiyyətlə paylaşma intensivliyinə görə liderdir.

Təəssüflə qeyd etmək istərdik ki, bir sıra universitetlərin ümumiyyətlə Facebook səhifələri mövcud deyil, yaxud həvəskarlar tərəfindən yaradılıb və idarə olunur. Rəsmi olaraq universitet tərəfindən Facebook səhifəsinin qurulması və aktiv şəkildə istifadə olunması bir çox məqamlarda təhsil ocaqlarının köməyinə çata bilər.

Bəs sizin universitetinizin Facebook səhifəsini necə dəyərləndirirsiniz?