ACM Proqramlaşdırma Beynəlxalq Müsabiqəsinin Yarımfinalı

“Universitet Tələbələrinin 37-ci ACM Proqramlaşdırma” Beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Birinciliyi (komanda və fərdi) 2-5 dekabr 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində (Georgian Technical University) keçirilmişdir.

Cənubi Qafqaz Açıq Birinciliyinin komanda müsabiqəsində 60 komanda, fərdi müsabiqədə 81 tələbə iştirak etmişdir.

Müsabiqələrdə Azərbaycan Respublikasından Qafqaz Universiteti 4 komanda (hər komandada 3 tələbə): Baku Qafqaz U 1, Baku Qafqaz U 2, Baku Qafqaz U 3, Baku Qafqaz U 4, Moskva Dövlət Universitetinin Bakı filialı 3 komanda: Baku MSU1, Baku MSU3, Baku MSU5,  Milli Aviasiya Akademiyası bir komanda: Baku NAA 3 ilə təmsil olunmuşdur.

Baku Qafqaz U 1 komandası Universitet Tələbələrinin 37-ci ACM Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin 2012 Azərbaycan Çempionu diplomu ilə, Cənubi Qafqaz Açıq Birinciliyi komanda müsabiqəsində Qafqaz Universitetinin 2 komandası III dərəcəli, fərdi müsabiqədə 1 tələbə II dərəcəli, 1 tələbə III dərəcəli diplomlarla təltif olunmuşlar.

Mənbə: Qafqaz Universiteti