Acer kompüterləri Azərbaycanda istehsal edilə bilər

Mingəçevirin KÜR kompüter texnikası zavodunun bazasında Tayvanın Acer şirkətinin kompüterləri istehsal ediləcək. Trend agentliyinin verdiyi xəbərə görə, hal-hazırda tərəflər Acer kompüter texnikasının KÜR vasitəsilə istehsal olunacağı barədə danışıqlar aparırlar. Danışıqların nəticələri yanvar ayının axırında məlum olacaqdır.

Qeyd edək ki, istehsal olunacaq kompüterlər İntel prosessor və çipləri əsasında yaradılacaqlar.

Xatırladaq ki, Acer kompüterlərinin Azərbaycanda istehsal oluna biləcəyi ehtimalını Bakutel 2014 sərgi-konfransı zamanı Rabitə və Yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilk dəfə jurnalistlərə açıqlamışdı.