Acer Iconia B1 planşetinin qiyməti cəmisi 99 dollar olacaq

Məşhur Digitimes resursunun məlumatına görə Acer Iconia B1 planşeti 2013-cü ilin birinci rübü işıq üzü görəcək. Tayvan istehsalı olan bu 7-düymlu planşetin qiyməti cəmisi 99 dollar olacaq. Acer 7-düymlu planşet bazarında mövqesini itirmək istəmir və bu cihazın Nexus 7 üçün güclü rəqib olacağı gözlənilir.

Acer Iconia B1 planşeti birkristallı Mediatek sisteminin bazasında qurulmuşdur. Konfiqurasiyasına ikinüvəli prosessor (1,2 GH) və PowerVR SGX 531 qrafik əsas daxildir. Yeni cihaz 1024 x 600p genişliyə sahib 7-düymlu displeylə sahibdir və Android 4.1.2 Jelly Bean əməlyyat sistemi ilə çalışır.

Göstəricilər siyahısına 512 Mbayt operativ yaddaş, 8 Gb əlavə yaddaş kartı, GPS peyk naviqasiya qəbuledicisi, Bluetooth 4.0 modulu, SIM yuvası və microSD kart yeri də daxildir.