ABŞ-ın ən məşhur brendi hansıdır?

Amerikanın İT nəhəngləri “Apple” və “Google” şirkətləri “YouGuv” şirkəti tərəfindən ölkə sakinləri arasında keçirilmiş sorğu metodu əsasında tərtib edilən “Buzz Rankings 2013” reytinqində yer almayıb.

Hazırda “Amazon” Amerikanın ən yaxşı İT brendidir. Dünyanın ən böyük internet mağazalarından biri reytinqdə ikinci yerdə qərarlaşıb.

Avtomobil nəhəngi “Ford” sözügedən reytinqdə birinci olub. “YouTube” brendi isə səkkizinci yerdə qərarlaşıb.

 

Mənbə:www.big.az,www.pitbit.ru