5ci Nəsil iPod Touch

Android istifadəçisi olub da Apple şirkətinin heç olmasa bir “rasional” məhsulundan faydalanmaq istəyənlərə müjdə, 5ci nəsil yeni İpod Touch. Sözü gedən son model İpod özündə bazara yenicə çıxarılmış İphone 5-in bir neçə xüsusiyyətini cəmləşdirir, buna misal olaraq 4 inch Retina Display, Siri, iOS6 əməliyyat sistemi,yeni dizanya malik qulaqcıqları, AirPlay, Panorama çəkilişi və bir öncəki İphone 4/4S model sırasında olan 5 megapiksel auto fokuslu 1080p video cəkmə qabiliyyətinə malik olan arxa, 1.2 megapiksel 720p video çəkmə qabiliyyətinə malik ön kamera və ən əsası Dual Core A5 Chip-ini qeyd etmək olar.

Qısa olaraq bunu deyə bilərik ki,  5ci nəsil İpod Touch danışıq xüsusiyyəti xaric özündə İphone 5 modelinin demək olar bütün əsas özəlliklərini daşıyan və $299 qiymətindən başlayan bazar dəyəri ilə rasional alış predmetinə çevrilə bilər.

Yeni 5ci nəsil iPod Touch barədə ətraflı məlumatı Apple şirkətinin rəsmi saytında əldə edə bilərsiniz.