55 dərsə Excel öyrənin

Oktyabrın 25-indən etibarən 55 dərs müddətində innab.org saytı Exceli 0-dan mükəmmələ doğru online şəkildə öyrədəcək. Müddətin sonunda imtahan verənlər üçün sertifikat veriləcəkdir. Tədris PULSUZDUR. Dərslər video şəklində olacaqdır. Videolar mütəmadi olaraq innab.org saytında yerləşdiriləcək.  Hər dərsin sonunda biliklərinizi yoxlamaq üçün testlər təqdim ediləcək. Ən yüksək nəticə əldə edənə isə INNAB – Individual Navigation Board komandası adından Kindle E Book hədiyyə ediləcək. Məqsədimiz bilikli cəmiyyətdir. Sayt vaxtın məhdud olduğunu düşünərək online şəklində Exceli öyrənmək üçün bu imkanı düşünüb. Dostlarınızı xəbərdar edin!

İnnab.org saytının sol tərəfində yerləşən Abunə ol hissəsinə email ünvanınızı daxil edərək, yeni yerləşdirilmiş dərslər haqqında vaxtında məlumat əldə edə bilərsiniz.