41 meqapiksellik yeni Nokia smartfonu

Mobil telefonlar haqqında xəbərlərin işıqlandırılması üzrə ixtisaslaşmış bloqer EVLeaks “Twitter” mikrobloqunda “Nokia” şirkətinin yeni, hələ təqdim edilməmiş smartfonunun fotoşəklini dərc edib.

 

ICTnews  bildirir ki, smartfonun adı hələ dəqiq bilinmir. Fotoşəkillərə əsasən, qurğu “Windows Phone” əməliyyat sistemi ilə işləyəcək və 41 meqapiksellik kamera ilə təchiz ediləcək və xüsusi “Pro Cam” foto tətbiqi quraşdırılacaq.

“Nokia”-nın 41 meqapiksellik smartfonu haqqında informasiya KİV-də daha əvvəl də yer almışdı. Aparatın plastik korpusa yerləşdiriləcəyi və 1280×768 nöqtə təsvir ölçülü 4.5 düymlük ekran və 32 qiqabayt daxili yaddaşla təchiz ediləcəyi proqnozlaşdırılır.

“Nokia” şirkətinin aparatı iyulun 11-də Nyu-Yorkda keçiriləcək nümayişdə  təqdim edəcəyi gözlənilir. Tədbirin elanı artıq Finlandiya şirkətinin rəsmi bloqunda yerləşdirilib.