3D televizorlar tarixin yaddaşına köçür?

Sinemalarda 3D televizorlar xeyli populyar olsada, bu sözləri ev televizorları üçün söyləmək olmur. Samsung və Philips kimi öncül 3D televizor istehsalçılarının bu günlərdə verdiyi açıqlamalar da bunu sübut edir.

Hər iki şirkət bu il üçün heç bir televizorda 3D ekrandan istifadə etməyəcəklərini bəyan edib.

Samsung 3D televizor istehsalını dayandırmasının əsas səbəbi kimi alıcı tələbatının olmaması və 3D televizorların daxili detallarını tapmaqda çətinlik çəkməsiylə əlaqələndirib.

Digər 3D televizor istehsalatçıları heç bir rəsmi açıqlama verməsədə, Samsung və Philips-in bazardan çıxması 3D televizor istehsalının tezliklə dayanacağının göstəricidir.