3D qələminə yaxından baxaq!

Son illərin ən böyük kəşvlərindən biri Kickstarter layihəsi olan üç ölçülü qələmlər yavaş yavaş evlərimizə yerləşməyə başlayır. 

Həyata keçirilməsi üçün 30.000 dollar hədəf ilə Kickstarter’də yer alan 3Doodler çox qısa bir müddət içərisində bu rəqəmi də keçdi.
(bu ana qədər 887.848$)

Olduqca sadə istifadə edilə bilən 3Doodler də digər üç ölçülü qəqəmlər kimi ABS plastik istifadə edir. Hər hansı bir proqram ya da kompüterə ehtiyac duymadan istifadə edə biləcəyiniz məhsul ilə gerçək mənada havaya yazı yaza bilərsiniz.

3Doodler yalnız 18 sm uzunluğunda və 24 mm qalınlığında. 220 qram ağırlığında olan bu məhsul işləməhk üçün etiyac duyduğu gücü isə adapteri sayəsində əldə edir. Oktyabr ayından etibarən bazara çıxarılacaq olan 3Doodler’ə məhsulun Kickstarter səhifəsindən 75 Dollara sahib ola biləcəyiniz kimi, eyni zamanda bu proyektə ianə də edə bilərsiniz.