300 milyon Skype-la danışır

Skype internet telefoniya xidmətinin aylıq istifadəçilərinin sayı 300 milyonu ötüb.

 

Bu barədə Windows bölməsinin maliyyə və marketinq direktoru Tami Reller Microsoft Worldwide Partner Conference 2013 (WPC-2013) konfransında deyib.

ICTnews  bildirir ki, WPC-2013-ün açılışı çərçivəsində Reller Microsoftun əsas məhsul və xidmətlərinin inkişafından söz açıb. O xatırladıb ki, Windows 8 platforması üçün satılmış lisenziyaların sayı 100 milyonu ötüb və qeyd edib ki, satışların həcmi davamlı templə artır.