2015 və netbookların hüznlü sonu

Son zamanlarda tabletlərin, ultrabookların kəskin şəkildə inkişafı nəticəsində yaxın keçmişin ən məşhur kompüterləri, yəni netbuklar statistikaya əsasən ölümün astanasına gəlmiş vəziyyətdədir. Lakin bu mini-notebooklar bazarda rəqiblərinə qarşı mübarizədə hələ də dözümlü görünür. Ancaq netbookların satışının sürətli şəkildə azalmasının 2015-ci ildə başlayacağını təxmin edənlərin sayı heç də az deyil.
IHS araşdırma firmasının verdiyi məlumata əsasən netbuklar yüzdə 72 %lik azalmayla 2014-ci ildə 3,97 milyon ədəd satacaq. Ancaq əsl azalma 2015-ci ildə təxmini 264.000 ədəd satışla yaşanacaq.
Lakin üç il əvvəl, Apple iPad bazara girməmişdən əvvəl, netbook satışları 32,14 milyon ədəd olaraq qeydə alınmışdı.