2013-cü ilin ən yaxşı oyunları

Yaşından asılı olmayaraq hər bir insan oyun oynamağı sevir. Dövrümüzdə, xüsusilə, ağıllı telefonların getdikcə məşhurlaşması və mobil dünya üçün istehsal olunan oyunların sayının hər gün artması kompüter oyunlarının və konsol oyunlarının oynanılma göztəricisini azaltmış  kimi görünsə də, əslində bu belə deyil.

Bu gün sizlərə 2013-cü ilin ən yaxşı 10 oyununu təqdim edirik:

1. Day Z
Hazırda bazarda ən yaxşı zombi oyunu deyə biləcəyimiz Day Z sizə saatlar boyu həyəcanlı anlar yaşadacaq.

2. Far Cry 3
Far Cry 3 oyun silsiləsinin 3-cü oyunu olan Far Cry 3 əvvəlki oyunlardan qazandığı kütləni qoruyub saxlamaqdadır.

3. XCOM
Dünyanı yer altında başlayan bir mübarizə ilə xilas etməyə çalışdığınız bu oyunda komandanızı doğru idarə etməniz böyük öəm daşıyır.

4. Gears of War: Judgement
Gəlişi ilə səs gətirməsə də gün keçdikcə oyunçu sayının artması ilə siyahıda 4-cü olmağı bacardı.

5. The Elder Scrolls Online
The Elder Scrolls Online oyun dünyasının ən yaxşı RPG oyunlarındandır.

6. The Last Of Us
Həyatda qalmağa çalışdığınız və olduqca maraqlı bir oyundur.

7. Project Cars
Həm tək, həm də dostlarınızla oynaya biləcəyiniz bu oyun yüksək səviyyəli yarış oyunudur.

8. Dead Space 3
Tənqidçilərin diqqətini cəlb edən Dead Space silsiləsinin 3-cü və son oyunudur.

9. Tomb Raider
Bir vaxtlar ən çox bəyənilən və oynanılan oyunlardan olan Tomb Raider yaddan çıxarkən ən son oyun verisyası ilə yenə diqqət cəlb etməyi bacardı.

10.  ArmA 3
Əgər bir oyunda gerçəklik,reallıq axtarırsınızsa bu oyunu mütləq oynamalısınız.