2013-cü ildə həyatınızı dəyişəcək ixtiralar

Vaxtında səyahət etməsək də, mobil telefonlarımız vasitəsi ilə hər şeyi ödəyə bilməsək də, bu o demək deyil ki, yaxın gələcəkdə bəzi yeni və çox maraqlı ixtiraların köməyi ilə inanılmaz şeylər edə  bilmərik. Əgər 2013-cü ildə sizin üçün nələrin yaradıldığı ilə maraqlanırsınızsa, onda sadəcə oxumağa davam edin.

Mobil telefonlar vasitəsi ilə ödəniş.

Tezliklə mobil telefonlarımız vastiəsi ilə istənilən ödənişi yerinə yetirə biləcəyik və bununla da pul kisələri tarix olacaq. The Google Wallet xidməti telefonunuzda hər şeyi saxlayır və sizə ödəniş etməyə imkan verir. Problem isə bu xidmətin istifadə etdiyi NFC texnologiyasının əksər smartfon modellərdə olmamasıdır. Lakin hazırda çox da tanınmayan LevelUp adlanan yeni bir xidmət də mövcuddur ki, bu da QR şifrəsi yaratmaqla sizə telefonunuzdan ödəniş etməyə imkan verir. Digər bir xidmət Wallaby telefonunuzla ödəniş etmək üçün ən yaxşı variantı seçən smart kartdır.

Interfeysə əsaslanan hərəkətlər.

Tezliklə biz öz cihazlarımızla sadəcə hərəkətlərlə (jestlərlə) əlaqə yarada biləcəyik. Hazırki texnologiya Kinect adlanır və XBox360 üçün istifadə edilə bilər. Halbuki, Samsung MV900F bundan geri qalmır. Bu elə bir foto kameradır ki, sizə çox interaktiv üsulla şəkil çəkməyə imkan verir. Bundan başqa Leap də sizə kompüterinizi hərəkətlərlə idarəetməyə imkan verir.

Geyinmək üçün.

Gələcəkdə texnologiya həm də geyimlərimizin bir hissəsi olacaq. Bəzi cihazlar etdiyimiz hər şeyi qeydə ala bilir. Loxcie internetlə mövcud olan, həyatınızı yayımlayan bir cihazdır, eyni şey artıq telefonunuza video siqnal göndərən Contour tərəfindən də edilib. Bu cihazların köməyi ilə, gündəlik fəaliyyətlərimizi sosial şəbəkələrdə paylaşmaq daha da asanlaşır. Memoto yaxalığınıza quraşdırılan və hər 30 saniyədən bir şəkil çəkən bir cihazdır. Pebble telefonunuzla işləyən və sizi Facebookla aktiv əlaqədə saxlayan bir cihazdır.

Evdə.

Əgər ev heyvanınızın siz evdə olmayanda nə etdiyini görmək istəyirsinizsə, narahat olmayın, çünki artıq bunun üçün texnologiya var. Philips-in istehsal etdiyi Hue evdə işığa uzaqdan nəzarət etməyə imkan verir. Twine evinizdə baş verən hər şeyi qeydə alan simsiz sensor yığımıdır. Bu texnologiya ilə gələn imkanlar sonsuzdur.