2012-ci ilin 10 ən bahalı domeni

Sizcə domeni (web səhifənin adı) neçəyə almaq olar? Məsələn, “.AZ” zonasında domeni qeydiyyatdan keçirtmək üçün ilkin olaraq 40 AZN ödənilir, növbəti illər isə 20 AZN.  “.COM”  ilə domen əldə etmək üçün isə 10 dollar xərcləməli olacaqsınız. Amma bu bəzi domen qiymətləri yanında qəpik-quruş hesab oluna bilər. Domen bazarında bu il baş tutmuş 10 ən bahalı sövdələşməni təqdim edirik. Bu işdə nə qədər qazanmaq olar, özünüz də təəccüblənəcəksiniz.

10. 60.com domeni 310 000 dollara satılmışdır. 60.com domeni 310 000 dollara satılmışdır.
9. BJ.com yeni sahibinə 325 000 dollara başa gəlib. BJ.com yeni sahibinə 325 000 dollara başa gəlib.
8. VI.com 325000 dollara. VI.com 325000 dollara.
7. Giftbasket.com cəmisi 350000 dollara. 7. Giftbasket.com cəmisi 350000 dollara.
6. Jackpot.com – gözəl domendir, qiyməti isə 500000 dollar. Jackpot.com – gözəl domendir, qiyməti isə 500000 dollar.
5. Challenge.com  adı kimi qiyməti də yaxşıdır. 500 000 dollar. Challenge.com  adı kimi qiyməti də yaxşıdır. 500 000 dollar.
4. WebHosting.co.uk  həmçinin 500000 dollara əldə edilmişdir. WebHosting.co.uk  həmçinin 500000 dollara əldə edilmişdir.
3. FreeWebsite.com – daha bir 500 000 dollarlıq sövdələşmə. FreeWebsite.com – daha bir 500 000 dollarlıq sövdələşmə.
2. PersonalLoans.com  sahibinə 1000 000 dollara başa gəlib. PersonalLoans.com  sahibinə 1000 000 dollara başa gəlib.
1. Investing.com bu ilin rekord sahibi. Yeni sahibi onu əldə etmək üçün 2 450 000 dollardan keçməli olub. Investing.com bu ilin rekord sahibi. Yeni sahibi onu əldə etmək üçün 2 450 000 dollardan keçməli olub.

Görürsünüz domen adlarına investisiya necə gəlirli ola bilər.  Düzdür indi çətin ki, qarşılığında böyük pul ödəniləcək yaxşı domenlərə tapa biləsiniz, hamısı öncədən alınıb. Amma müəyyən hadisələrə görə maraqlı domenlər seçmək olar.  Misal üçün, Eurovison yarışmasına və ya Olimpiada oyunlarına, keçiriləcək ölkəyə uyğun domen adlarını almaq mümkün olar.