2012-ci ildə 120 milyon planşet satılacaq

Gartner Analitik şirkəti 2011-2012 illər üçün planşetlərin əməliyyat sistemləri bazarının ümumi icmalını yayımlayıb. 2011-ci ilin nəticələrinə görə planşet bazarının üçdə ikisi iOS-un payına düşüb(2011-də 40 mln. iPad satılıb). Cari ildə apple tabletlərinin satışı analitiklər tərəfindən 73 milyon səviyyəsində proqnoz olunur, bu böyüyən bazarın 61,4%-ni təşkil edir. Androidə gəldikdə isə, 2011-ci ildə 17,3 milyon planşet bu sistemlə satılıb. Analitiklər hesab edirlər ki, 2012-ci ildə 37,9 mln. cihaz satışları sayəsində Androidin bazar payı 31,9%-ə kimi artacaq. Windows 8 bazasında olan planşetlərin payız aylarında çıxacağı ehtimal edilir, amma analitiklər hesab edir ki, o artıq 4,9 mln. cihaz satışı ilə bazarın 4,1%-nə sahib çıxa biləcək. Ümumi olaraq digər əməliyyat sistemlərini də nəzərə alsaq 2012-ci ilin sonuna toplam 120 milyon planşet cihazı satışı gözlənilir.