1 milyardı keçəcək!

Dünyada ağıllı telefon satışları 1 milyarda, LCD TV satışları isə 200 milyona çatacaq. Ağıllı telefon bazarı 30 % ilə və ən çox da Yaxın Şərq ölkələrində və Asiyada artarkən, 2014-cü ildə isə bütün dünyada 1 milyard 164 milyon ədəd telefon satılacaq. Tablet kompüter satışları isə gələcək il 275 milyona çataraq LCD-Tv satışlarını keçəcək.

Hər il Berlində təşkil edilən dünyanın ən böyük İstehlakçı Elektronik Sərgisi (IFA) qapılarını ziyarətçilərə açmadan əvvəl İtaliyanın Sardinya adasında dünyanın dörd bir yanından gələn yüzlərlə media mənsubuna tanıdıldı.

Rəqəmsal Dünya və Dəyişən Bazar Araşdırmasına görə 2012-ci ildə 6 % artımla 785 milyard avroya çatan rəqəmsal Bazar, bu il və gələcək il də Avropa və ABŞ-dakı iqtisadi durğunluğa baxmayaraq, bu il və gələcək il 4 % artım göstərəcək. Beləcə bazarın böyüklüyü il sonunda 818; 2014-cü ildə isə 851 milyard avroya çatacaq. Afrika və Yaxın Şərq, 13.7 %-lik artım nisbətiylə ən çox böyüyən texnoloji bazar olacaq.

1 MİLYARD AĞILLI TELEFON

Rəqəmsal dünyanın yarısını gələcək il mobil internet avadanlığı meydana gətirəcək. Bu çərçivədə ən böyük artım, 2013 və 2014-cü ildə 30%-dən çox artım nisbətiylə ağıllı telefonlarda görüləcək. Bu il sonunda ağıllı telefon satışı 943 milyona; 2014-ci ilin sonunda isə 1 milyard 164 milyona çatacaq.

Araşdırmaya görə, ağıllı funksiyalar mobil telefon istifadəsini tamamilə dəyişdirdi. İnsanların ünsiyyət xaricində, sağlamlıq, alış-veriş, ev nəzarət funksiyaları kimi səbəblərlə mobil telefonu seçməsi, 30% artımla öz təsirini göstərdi.

Tablet, ağıllı televizoru keçəcək!

Araşdırmaya görə bu il 200 milyon LCD-TV satılması nəzərdə tutularkən, bunların üçdə biri internet əlaqəli olacaq. Ağıllı telefonlar kimi ağıllı televiziyalar da yalnız əylənmək üçün deyil, ev həyatına köməkçi olması, idman, təhsil, alış-veriş kimi əlavə fürsətləri üçün seçir. Ancaq 2014-ci ildə tablet kompüterlər 275 milyonluq satış rəqəmi ilə LCD-TV-ni ötəcək.